Diplomatlar, Hökumət Nümayəndələri, Səfirlik Əməkdaşları, NATO Əməkdaşları, Fulbrayt Stipendiatları üçün vizalar

Diplomatlar, Hökumət Nümayəndələri, Səfirlik Əməkdaşları, NATO Əməkdaşları

Diplomatik (A), Beynəlxalq Təşkilat (G) və NATO vizaları Birləşmiş Ştatlara səyahət etmək üçün diplomatlara və digər hökumət xadimlərinə verilir. Ümumiyyətlə, diplomat və ya digər dövlət xadiminə tələb olunan viza növü onların Birləşmiş Ştatlara səyahət etmə məqsədindən asılıdır. ABŞ immiqrasiya qanunlarına əsasən ərizəçilərin A, G və ya NATO vizasını almaq hüququnu qazanmaq üçün çox səciyyəvi tələblər mövcuddur.

Əksər diplomatik pasport sahibləri və rəsmi viza üçün ərizə verən şəxslər MRV haqqından azad edilir. Bu viza kateqoriyaları üçün ərizə verən şəxslər BU XİDMƏTDƏN İSTİFADƏ ETMƏMƏLİDİR, çünki MRV haqqı səhvən ödənilsə belə, geri qaytarılmır.

Əlavə məlumat üçün lütfən hökumət və ya agentliyinizin viza verilməsi üçün cavabdehlik daşıyan inzibati ofisinə müraciət edin.

Diplomatik və Rəsmi vizalarla bağlı əlavə məlumat üçün https://travel.state.gov/content/travel/en/us-visas/other-visa-categories/visas-diplomats.htmlsaytına baş çəkin

NATO vizası ilə bağlı əlavə məlumat üçün https://travel.state.gov/content/travel/en/us-visas/other-visa-categories/visa-employees-nato.htmlsaytına baş çəkin

Diplomatlar, hökumət nümayəndələri, Səfirlik əməkdaşları, BT və NATO əməkdaşları öz ərizələrini birbaşa Səfirliyə/Konsulluğa təqdim etməlidirlər.

Bu prosesə başlama üsuluna dair səciyyəvi məlumat almaq üçün Səfirliyin internet saytına daxil olun.


Fulbrayt Stipendiatları və ya digər ABŞ Hökuməti tərəfindən sponsorluq edilən proqramların iştirakçıları

Fulbrayt Stipendiatları və ya digər ABŞ Hökuməti tərəfindən sponsorluq edilən Mübadilə Müsafirləri (J) vizasına ərizə verənlər və onların himayəsində olan şəxslər Dövlət Departamenti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ya ABŞ Hökuməti tərəfindən maliyyələşdirilən təhsil və mədəni mübadilə proqramında iştirak etdikdə və proqramın DS-2019, Mübadilə Müsafiri hüququ verən Sertifikatda (J) çap edilmiş seriya nömrəsi G-1, G-2, G-3, və ya G-7 başlayarsa, viza ərizəsi haqqını ödəməyəcəklər..

Yararlı linklər:
Mübadilə Müsafiri Proqramı (J) Vizası
Təhsil və Mədəni İşlər üzrə Büronun Mübadilə Proqramları

Viza haqqının ödənməsinin tələb olunub-olunmadığını hər bir səyahətçi özü müəyyən etməlidir.

Sayəhətçi haqq ödənməsini tələb edən viza üçün ərizə verməlidirsə, səyahətçi vizaya ərizə vermək üçün görüşü bu xidmət vasitəsilə təyin etməlidir. NIV stop səhifəsindən "Mən ABŞ Qeyri-immiqrant vizası ərizəsini (DS-160) doldurmuşam və viza üçün müraciət etməliyəm." variantını seçin.

Səyahətçi MRV haqqını ödəmədən səyahət etmək hüququna malikdirsə, səyahətçi ərizə vermək istədiyi Konsulluq Şöbəsi ilə növbəti ünvanda birbaşa əlaqə saxlamalıdır:

ConsularBaku@state.gov