Tələb olunan sənədlər

İcmal

Konsulluq Şöbəsində müsahibəyə hazırlaşan zaman ərizəçilər səyahətin məqsədi ilə əlaqədar müvafiq sənədləri toplamalıdırlar. Aşağıda bütün viza kateqoriyaları üçün tövsiyə edilən sənədlərin siyahısı verilmişdir. Siz ərizə verdiyiniz viza kateqoriyasını almaq üçün ABŞ qanunlarının tələblərinə cavab verdiyinizi müəyyən etməlisiniz. Vizanın veriləcəyinə zəmanət verilmir. Viza almayınca son səyahət planlarını hazırlamayın və ya bilet almayın.

Qeyd: Əlavə sənədlər tələb oluna bilər. Viza ərizəsini vermək üçün lütfən ərizə verəcəyiniz Səfirliyin və ya Konsulluğun internet saytındakı göstərişləri nəzərdən keçirin. Viza alma hüququnu müəyyən etmək üçün əlavə sənədlər tələb oluna bilər.

  1. Konsulluq Şöbəsində şəxsən müsahibədə iştirak etməyi tələb edən viza ərizələri üçün ərizəçilər müsahibəyə tələb olunan bütün sənədləri gətirməlidirlər.
  2. Konsulluq Şöbəsində şəxsən müsahibədə iştirak etməyi tələb etməyən viza ərizələri üçün ərizəçilər Konsulluq Şöbəsində baxılacaq bütün sənədləri təqdim etdikləri ərizə paketinə daxil etməlidirlər.

Adətən tələb olunan sənədlər - Bütün viza növləri üçün

Bütün viza növləri üçün aşağıdakı sənədlər tələb olunur:

  1. Birləşmiş Ştatlara səyahət üçün yararlı olan qüvvədə olan pasport. Pasport Birləşmiş Ştatlarda qalacağı müddətdən sonra ən azı altı ay qüvvədə olmalıdır (ölkə ilə səciyyəvi sazişlər istisnalara yol verdiyi hallardan başqa)
  2. Ən son verilmiş ABŞ vizasının olduğu pasport (müvafiq hallarda).
  3. Qeyri-immiqrant viza ərizəsi, Forma DS-160 təsdiq səhifəsi.
  4. Bu internet saytından çap edilmiş təsdiq və göstərişlər səhifəsi
  5. Son 6 ay ərzində çəkilmiş bir ədəd 5 x 5 sm (2 x 2 düym) rəngli fotoşəkil. Dövlət Departamentinin fotoşəkillərlə bağlı qaydalarına dair əlavə məlumatı: https://travel.state.gov/content/travel/en/us-visas/visa-information-resources/photos.html səhifəsindən almaq olar.
  6. Müşayiət edən ailə üzvləri, ABŞ-a başqa məqsədlə daxil olmadıqca, müvafiq olaraq nikah şəhadətnaməsini (həyat yoldaşı üçün) və/yaxud doğum şəhadətnaməsini (21 yaşdan kiçik evli olmayan uşaqlar üçün) təqdim etməlidir.

Əgər qəbula şəxsən gedirsinizsə, orijinal sənədləri özünüzlə gətirməlisiniz. Əgər sizə sənədləri kuryerlə göndərmək hüququ verilmişsə, cari etibarlı pasportunuzu və tərkibində ən son verilmiş ABŞ vizası (əgər şamil edilirsə) olan əvvəlki pasportunuzu, habelə DS-160 formasının təsdiq səhifəsini və hər hansı başqa təsdiqləyici sənədlərin surətlərini göndərməlisiniz. Hər viza növü üçün tələb edilən təsdiqləyici sənədlərin siyahısı ilə aşağıdakı bölmədə tanış ola bilərsiniz.

Əlavə tələb olunan sənədlər - Viza növündən asılı olaraq

(B) MÜSAFİR: İŞGÜZAR, TURİST, TİBBİ MÜALİCƏ

  • Tibbi müalicə məqsədləri ilə səfər edirsinizsə, aşağıdakı sənədləri təqdim etməyə hazır olun:
    • Yerli həkimin verdiyi, xəstəliyin təbiətini izah edən və müalicənin nə üçün Birləşmiş Ştatlarda aparılmalı olduğunu qeyd edən tibbi diaqnoz.
    • Birləşmiş Ştatlarda yerləşən, diaqnoz edilmiş xəstəliyi müalicə etmək arzusunu ifadə edən və müalicənin ehtimal edilən müddətini və qiymətinin (o cümlədən həkim haqqı, xəstəxana haqqı və bütün tibbi xərclər) təfərrüatını göstərən həkim və ya tibbi müəssisədən məktub.
    • Xəstənin Birləşmiş Ştatlarda nəqliyyatının, tibbi və yaşayış xərclərinin ödənəcəyinin sübutu. Bu, bank hesabından çıxarış və ya digər gəlir/əmanət hesabatları, yaxud gəlir vergisi ödənişinin notarial şəkildə təsdiq edilmiş surəti formasında ola bilər (ya xəstənin, ya da müalicənin haqqını ödəyəcək şəxsin və ya təşkilatın).
  • Siz məhdud şərtlərdə şəxsi və ya ev işçisi kimi ABŞ-da müvəqqəti işləməkdən ötrü B-1 vizası üçün müraciət edə bilərsiniz. Sizdən və sizi işə götürəndən əmək münasibətlərinin ABŞ-ın əmək haqları və iş şərtlərinə cavab verməsini sübut etmək tələb olunacaq. Necə müraciət edilməsi barədə əlavə məlumat üçün yerli ABŞ səfirliyinin vebsaytına və ya bu internet səhifəsinə baş çəkin: https://travel.state.gov/content/travel/en/us-visas/tourism-visit/visitor.html.

Konsul ilə şəxsi müsahibəyə qatıldıqda, viza əldə etmək səlahiyyətinə malik olduğunuzu müəyyən etmək üçün əlavə sənədlər tələb oluna bilər. Konsul ilə şəxsən müsahibəyə qatılmamaq hüququna malik olduğunuz halda, təlimat səhifəsində xüsusi qeyd olunmuş siyahıda sənədləri təqdim etməyiniz kifayətdir.

Məsələn, şəxsi müsahibə üçün tələb olunan əlavə sənədlər aşağıdakıları əhatə edə bilər:

  • Səyahətinizin məqsədi
  • Amerika Birləşmiş Ştatlarını səyahətiniz bitdikdən sonra tərk etmək niyyətiniz; və/ və ya
  • Səyahətinizin bütün xərclərini ödəmək qabiliyyətiniz
  • Sizin və / və ya ailə üzvlərinizin iş fəaliyyətini təsdiq edən sənədlərin təqdim olunması sizin səyahətinizin məqsədi və ölkənizə qayıtmaq niyyətinizi təsdiq etmək üçün kifayət edə bilər.
  • Səyahətinizin bütün xərclərini ödəmək iqtidarında olmadığınız halda, siz digər şəxsin səyahət xərclərinizin bir qismini və ya bütünlüklə ödəyəcəyi barədə təsdiqləyici sənəd təqdim edə bilərsiniz.

(C) BİRLƏŞMİŞ ŞTATLARDAN TRANZİTLƏ KEÇMƏ

  • Başqa ölkəyə səyahət edərkən Birləşmiş Ştatlardan keçib getmə və Birləşmiş Ştatları tərk etmə niyyətinin sübutu.
  • Birləşmiş Ştatlarda olan zaman bütün xərcləri ödəyəcək qədər vəsaitin olmasının sübutu.
  • Ərizəçnin Birləşmiş Ştatlarda qaldıqdan sonra qayıtmaq niyyətində olduğu xarici ölkədə yaşayış yerinin olduğunu göstərən sübut. Bu, ümumiyyətlə, ərizəçinin öz səfərinin sonunda oraya qayıtmasını təmin edəcək Birləşmiş Ştatlardan fərqli ölkədə yerləşən ailə, peşəkar, əmlak, məşğulluq və ya digər əlaqə və öhdəliklərinin olması ilə müəyyən edilir.

(D) HEYƏT ÜZVÜ

  • İşəgötürən şirkətdən iş müddətini göstərən və, mümkün olarsa, Birləşmiş Ştatlara daxil olmaq məntəqələrini qeyd edən məktub/müqavilə.

(E) BEYNƏLXALQ MÜQAVİLƏ ÜZVÜ OLAN TACİR VƏ YA SƏRMAYƏÇİ

  • Qeyri-immiqrant beynəlxalq müqavilə üzvü olan tacir/sərmayəçinin ərizəsi, Forma DS-156E.
  • Sizin şirkətin milliyətini təyin edən sənədlər.
  • İşəgötürəndən sizin vəzifəni göstərən, firmanın səmərəli işi üçün sizin yüksək mütəxəssis bacarığına malik olduğunuzu və ya şirkətin meneceri, yaxud icraçı üzvü olduğunuzu bəyan edən məktub.
  • ABŞ və sizin ölkəniz arasında əhəmiyyətli ticarətin olmasının sübutu.
  • Sənədlərlə bağlı əlavə məlumat almaq üçün https://travel.state.gov/content/travel/en/us-visas/employment/treaty-trader-investor-visa-e.html linkinə müraciət edin.

(E3) XÜSUSİ İXTİSASLI PEŞƏSİ OLAN AVSTRALİYALI

  • Aydın şəkildə E3 - Avstraliya - işlənməlidir göstərən ETA 9035 forması. Qeyd: Bu forma ABŞ işəgötürənin Əmək Departamentindən (ƏD) xüsusi olaraq aldığı təsdiq edilmiş Məşğulluq Şərti üçün Ərizəyə (MŞƏ) bildirişdir.
  • ABŞ-da yerləşən işəgötürəndən əmək haqqını göstərən və ərizəçinin xüsusi ixtisaslı işlə məşğul olacağını qeyd edən iş təklifi məktubu.
  • Xarici ixtisas diplomunun notarial qaydada təsdiq edilmiş surəti və onun tələb olunan ABŞ dərəcəsinə uyğunluğunun sübutu və ya xüsusi ixtisaslı peşənin tələb etdiyi kimi ABŞ-da alınmış bakalavr və ya daha yüksək dərəcə diplomunun surəti.
  • Tələb olunan lisenziyanın notarial qaydada təsdiq edilmiş surəti və ya işləyəcəyi ölkədə bu vəzifədə çalışmasına icazə verən digər rəsmi sənəd. Lisenziya işə qəbul edilən anda dərhal tələb olunmursa, ərizəçi işə qəbul edildikdən sonra ağılabatan müddət ərzində tələb olunan lisenziyanı alacağının sübutunu təqdim etməlidir.

(F) ELMİ VƏ YA DİL İXTİSASİ ÜZRƏ TƏLƏBƏ

  • Forma I-20, Qeyri-elmi, Dil ixtisasi üzrə tələbələrin və texniki peşə tələbələrinin Qeyri-immiqrant (F-1 və ya M-1) Tələbə statusu alma hüququnu göstərən sertifikat. Ərizəçi onun məktəbinin verdiyi SEVIS sistemində yaradılmış I-20 Formasını təqdim etməlidir. Tələbə və məktəbin rəsmi əməkdaşı I-20 Formasını imzalamalıdır.
  • Tələbə və mübadilə vizası haqda məlumat sistemi (SEVIS) I-901 üçün ödəniş qəbzi. Bu ödənişin kimdən tələb olunması haqda əlavə məlumat üçün SEVP proqramının internet səhifəsinə baxın: http://www.fmjfee.com.

Konsul ilə şəxsi müsahibəyə qatıldıqda, viza əldə etmək səlahiyyətinə malik olduğunuzu müəyyən etmək üçün əlavə sənədlər tələb oluna bilər. Konsul ilə şəxsən müsahibəyə qatılmamaq hüququna malik olduğunuz halda, təlimat səhifəsində xüsusi qeyd olunmuş siyahıda sənədləri təqdim etməyiniz kifayətdir.

Məsələn, şəxsi müsahibə üçün tələb olunan əlavə sənədlər aşağıdakıları əhatə edə bilər:

  • Səyahətinizin məqsədi
  • Amerika Birləşmiş Ştatlarını səyahətiniz bitdikdən sonra tərk etmək niyyətiniz; və/ və ya
  • Səyahətinizin bütün xərclərini ödəmək qabiliyyətiniz
  • Sizin və / və ya ailə üzvlərinizin iş fəaliyyətini təsdiq edən sənədlərin təqdim olunması sizin səyahətinizin məqsədi və ölkənizə qayıtmaq niyyətinizi təsdiq etmək üçün kifayət edə bilər.
  • Səyahətinizin bütün xərclərini ödəmək iqtidarında olmadığınız halda, siz digər şəxsin səyahət xərclərinizin bir qismini və ya bütünlüklə ödəyəcəyi barədə təsdiqləyici sənəd təqdim edə bilərsiniz.

(H) MÜVƏQQƏTİ İŞÇİ

  • Qeyri-İmmiqrant İşçi Formasında (I-129) və ya USCIS üzrə Tədbir Bildirişi Formasında (I-797) əks olunduğu kimi təsdiq edilmiş vəsatətinizin qəbul nömrəsi (H1B1 vizası üçün müraciət edənlərə şamil edilmir).
  • ABŞ işəgötürəni tərəfindən iş təklifi və Əmək Nazirliyi tərəfindən təsdiq edimiş müraciət forması (yalnız H1B1 vizası üçün müraciət edənlərə şamil edilir).

(I) MEDIA və JURNALİSTLƏR

  • Hal-hazırda işləməsinin sübutu
  • Müvafiq hallarda rəsmi mətbuat nümayəndəsinin şəxsiyyət vəsiqəsi

(J) MÜBADİLƏ MÜSAFİRİ

  • Mübadilə müsafiri statusunu almaq hüququnu sübut edən sertifikat, DS-2019 Forması - SEVIS sistemin yaratdığı DS-2019 forması proqram sponsoru tərəfindən, sponsor mübadilə müsafirinin verilənlərini SEVIS sisteminə daxil etdikdən sonra təqdim edilir. Bütün mübadilə müsafirləri, o cümlədən onların həyat yoldaşları və azyaşlı uşaqları Tələbə və Mübadilə Müsafirləri Sistemində (SEVIS) qeydiyyatdan keçməlidir. Hər bir şəxs fərdi DS-2019 formasını alır.
  • Təlim/diplom-qabağı təcrübəyə başlama planı, Forma DS-7002 - J-1 Təlim və Diplom-qabağı təcrübə kateqoriyaları iştirakçıları DS 2019 formasından əlavə DS 7002 formasını təqdim etməlidir (DS-2019 formasının 7-ci Qrafasına uyğun olaraq). Təlim və diplom-qabağı təcrübə proqramlarına dair əlavə məlumatıhttps://travel.state.gov/content/travel/en/us-visas/study.html saytından alın.
  • Tələbə və mübadilə vizası haqda məlumat sistemi (SEVIS) I-901 üçün ödəniş qəbzi. Bu ödənişin kimdən tələb olunması haqda əlavə məlumat üçün SEVP proqramının internet səhifəsinə baxın: http://www.fmjfee.com.

Konsul ilə şəxsi müsahibəyə qatıldıqda, viza əldə etmək səlahiyyətinə malik olduğunuzu müəyyən etmək üçün əlavə sənədlər tələb oluna bilər. Konsul ilə şəxsən müsahibəyə qatılmamaq hüququna malik olduğunuz halda, təlimat səhifəsində xüsusi qeyd olunmuş siyahıda sənədləri təqdim etməyiniz kifayətdir.

Məsələn, şəxsi müsahibə üçün tələb olunan əlavə sənədlər aşağıdakıları əhatə edə bilər:

  • Səyahətinizin məqsədi
  • Amerika Birləşmiş Ştatlarını səyahətiniz bitdikdən sonra tərk etmək niyyətiniz; və/ və ya
  • Səyahətinizin bütün xərclərini ödəmək qabiliyyətiniz
  • Sizin və / və ya ailə üzvlərinizin iş fəaliyyətini təsdiq edən sənədlərin təqdim olunması sizin səyahətinizin məqsədi və ölkənizə qayıtmaq niyyətinizi təsdiq etmək üçün kifayət edə bilər.
  • Səyahətinizin bütün xərclərini ödəmək iqtidarında olmadığınız halda, siz digər şəxsin səyahət xərclərinizin bir qismini və ya bütünlüklə ödəyəcəyi barədə təsdiqləyici sənəd təqdim edə bilərsiniz.

(K) ABŞ VƏTƏNDAŞININ NİŞANLISI VƏ YA HƏYAT YOLDAŞI

(L) ŞİRKƏTDAXİLİ KÖÇÜRMƏLƏR

(M) PEŞƏ/QEYRİ-ELMİ SAHƏDƏ TƏLƏBƏ

  • Foma I-20 - Məktəb tələbəyə dair məlumatları SEVIS verilənlər bazasına daxil etdikdən sonra SEVIS sistemində yaradılmış I-20 Formasını göndərəcək. Tələbə və məktəbin rəsmi əməkdaşı I-20 Formasını imzalamalıdır. Bütün tələbələr, onun Birləşmiş Ştatlarda tələbə ilə birlikdə yaşamaq niyyətində olan həyat yoldaşları və azyaşlı uşaqları Tələbə və Mübadilə Müsafirləri Sistemində (SEVIS) qeydiyyatdan keçməlidir. Hər bir şəxs üçün fərdi I-20 forması verilir.
  • Tələbə və mübadilə vizası haqda məlumat sistemi (SEVIS) I-901 üçün ödəniş qəbzi. Bu ödənişin kimdən tələb olunması haqda əlavə məlumat üçün SEVP proqramının internet səhifəsinə baxın: http://www.fmjfee.com.

Konsul ilə şəxsi müsahibəyə qatıldıqda, viza əldə etmək səlahiyyətinə malik olduğunuzu müəyyən etmək üçün əlavə sənədlər tələb oluna bilər. Konsul ilə şəxsən müsahibəyə qatılmamaq hüququna malik olduğunuz halda, təlimat səhifəsində xüsusi qeyd olunmuş siyahıda sənədləri təqdim etməyiniz kifayətdir.

Məsələn, şəxsi müsahibə üçün tələb olunan əlavə sənədlər aşağıdakıları əhatə edə bilər:

  • Səyahətinizin məqsədi
  • Amerika Birləşmiş Ştatlarını səyahətiniz bitdikdən sonra tərk etmək niyyətiniz; və/ və ya
  • Səyahətinizin bütün xərclərini ödəmək qabiliyyətiniz
  • Sizin və / və ya ailə üzvlərinizin iş fəaliyyətini təsdiq edən sənədlərin təqdim olunması sizin səyahətinizin məqsədi və ölkənizə qayıtmaq niyyətinizi təsdiq etmək üçün kifayət edə bilər.
  • Səyahətinizin bütün xərclərini ödəmək iqtidarında olmadığınız halda, siz digər şəxsin səyahət xərclərinizin bir qismini və ya bütünlüklə ödəyəcəyi barədə təsdiqləyici sənəd təqdim edə bilərsiniz.

(O) QEYRİ-ADİ İSTEDADA MALİK XARİCİ

  • Təsdiq edilmiş ərizəniz üçün Qeyri-immiqrant İşçi ərizəsində göstərilmiş qəbzin nömrəsi, I-129 Forması və ya ABŞ vətəndaşlıq və immiqrasiya xidmətindən (USCIS) alınmış Tədbir birldirişi, Forma I-797.

(P) BEYNƏLXALQ ALƏMDƏ TANINMIŞ XARİCİ

  • Təsdiq edilmiş ərizəniz üçün Qeyri-immiqrant İşçi ərizəsində göstərilmiş qəbzin nömrəsi, I-129 Forması və ya ABŞ vətəndaşlıq və immiqrasiya xidmətindən (USCIS) alınmış Tədbir birldirişi, Forma I-797.

(Q) MƏDƏNİYYƏT SAHƏSİNDƏ MÜBADİLƏ MÜSAFİRİ

(R) DİNİ XADİM

(T) İNSAN ALVERİNİN QURBANI

  • ABŞ vətəndaşlıq və immiqrasiya xidmətindən (USCIS) alınmış və I-914 Formasının təsdiq olunduğunu göstərən Tədbir birldirişi, Forma I-797, Əlavə A

(TD/TN) NAFTA PEŞƏKARI

  • İşə götürülmənin sübutu

(U) CİNAYƏT ƏMƏLİNİN QURBANI

  • ABŞ vətəndaşlıq və immiqrasiya xidmətindən (USCIS) alınmış və U qeyri-immiqrant ərizəsinin təsdiq olunduğunu göstərən Təddbir birldirişi, Forma I-797