Necə ərizə verməli / Vizanın icmalı

İcmal

Ümumiyyətlə, Birləşmiş Ştatlara daxil olmaq istəyən xarici dövlətin vətəndaşı əvvəlcə ABŞ vizası almalıdır və bu viza səyahətçinin pasportuna vurulur. Müəyyən beynəlxalq səyahətçilər ABŞ Vizasız giriş rejimi proqramının (VGR) tələblərinə cavab verərsə, Birləşmiş Ştatlara vizasız daxil olmaq hüququ qazana bilər. Viza Ləğvi Proqramı (VWP), etibarlı elektron pasportu olan səyahətçilərə viza olmadan 90 gün müddətinə biznes və ya əyləncə məqsədi ilə Amerika Birləşmiş Ştatlarına daxil olmağa imkan verir.

VGR proqramına hüququnuz oldğunu müəyyən etmək üçün lütfən https://travel.state.gov/content/travel/en/us-visas/tourism-visit/visa-waiver-program.html saytına daxil olun. İşgüzar və ya əyləncə istisna olmaqla, hər hansı digər məqsədlə Birləşmiş Ştatlara səyahət edən hər bir şəxs viza almalıdır.


Birləşmiş Ştatlara səyahət üçün mənə biza lazımdır?

Birləşmiş Ştatlara vizasız giriş rejimi proqramında iştirak hüququ olan səyahətçilər https://esta.cbp.dhs.gov/esta ünvanında Elektron Səyahətə Səlahiyyət Sistemindən (ESTA) istifadə edərək Birləşmiş Ştatlara daxil olmaq üçün icazə almalıdırlar. ESTA ərizələri rədd edilmiş səyahətçilər hələ də Birləşmiş Ştatlara səyahət etmək istəyirlərsə, bu internet saytında Qeyri-immiqrant viza ərizəsini doldurmalıdırlar.

Aşağıdakı kateqoriyalı müsafirlər ABŞ - a səyahət etməzdən əvvəl viza almalıdırlar, çünki onlar artıq vizasız giriş proqramı (VWP) ilə səfər etmək hüququna malik deyillər:

  • Koreya Xalq Demokratik Respublikasına, İrana, İraqa Liviyaya, Somaliyə, Sudana, Suriyaya və ya Yəmənə 1 mart 2011-ci il tarixində və ya bu tarixdən sonra səyahət etmiş və ya orada olmuş VWP ölkələrinin vətəndaşları (VWP-yə daxil olan ölkədə diplomatik və ya hərbi məqsədlərlə xidmət etmək üçün səfər edənləri istisna etməklə).
  • 12 yanvar 2021-ci il tarixində və ya bu tarixdən sonra Kubaya səyahət edən və ya orada olmuş VWP ölkələrinin vətəndaşları (VWP-yə daxil olan ölkədə diplomatik və ya hərbi məqsədlərlə xidmət etmək üçün səfər edənləri istisna etməklə).
  • Kuba, Koreya Xalq Demokratik Respublikası, İran, İraq, Sudan və ya Suriya vətəndaşı olan VWP ölkələrinin vətəndaşları.

Təxirəsalınmaz səyahət ehtiyacı olan səyahətçilər viza üçün sürətləndirilmiş qəbula yazılma xahiş edə bilər. Viza üçün sürətləndirilmiş qəbula yazılma xahiş etmək üçün əvvəlcə ən yaxın boş tarixə adi viza qəbuluna yazılın. Sonra hesabınıza daxil olun, "Continue" (Davam et) bəndini klikləyin, "Request Expedite" (Sürətləndirmə xahiş etmək) seçin və təlimatları yerinə yetirin. Səyahətçi öz xahişində səyahətin tarixini və məqsədini, habelə ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətindən onun ESTA statusuna dair aldığı hər hansı mesajın surətini və, əgər aidiyyəti varsa, ESTA müraciətinin nə üçün rədd edildiyini daxil etməlidir.

Elektron pasport daxil olmaqla, Viza Ləğvi Proqramı çərçivəsində səyahətlə bağlı məhudiyyətlər ilə əlaqədar daha çox məlumat aşağıda mövcuddur https://travel.state.gov/content/travel/en/us-visas/tourism-visit/visa-waiver-program.html.


ABŞ vizasına ərizə vermək üçün lazım olan tədbirlər

Birləşmiş Ştatlara səyahət etmək məqsədilə viza üçün ərizə vermək lazımdırsa, bu prosesə aşağıdakı mərhələlər daxildir:

  1. Birləşmiş Ştatlara səyahət etmək üçün lazım olan viza növünü müəyyən edin. Viza növlərinə dair məlumat https://travel.state.gov/content/travel/en/us-visas/visa-information-resources/all-visa-categories.html səhifəsindən tapıla bilər.
  2. DS-160 onlayn viza formasını doldurun. DS-160 ABŞ Dövlətinin onlayn forması olub ancaq https://ceac.state.gov/CEAC səhifəsində doldurula bilər. Hər bir ərizəçi bu internet saytının hər hansı xidmətindən istifadə etməzdən əvvəl bu formanı doldurmalıdır.
  3. Bu internet saytına qayıdın və Konsulluq Şöbəsində görüşü planlaşdırmaq üçün növbəti ərizə vermə mərhələlərini tamamlayın:
    • İstifadəçi hesabı yaradın.
    • Qeydiyyatınızı tamamlamaq üçün müraciətçi məlumatı əlavə edin.
    • Vizaya ərizə verən hər bir ərizəçi üçün DS-160 təsdiq nömrəsini daxil edin.
    • Yaşadığınız ölkədə mövcud olan ödəniş metodlarından birindən istifadə etməklə qeyri-immiqrant vizası (MRV) üçün müraciət haqq(lar)ını ödəyin. Mövcud ödəniş variantları üçün Viza Haqqı səhifəsinə baxın.
    • Konsulluqda görüşü planlaşdırın.
  4. Konsulluq şöbəsində təyin edilmiş görüşə gəlin.

Müsahibə olmadan vizanın uzadılması

Bəzi konsulluq şöbələrində tələblərə cavab verən müraciət edənlərin şəxsən görüşməsinə ehtiyac olmaya biləcəyi vizanın uzadılması proseduru mövcuddur. Müraciətçinin müsahibədən azadolması görüşün planlaşdırma prosesində suallara verilən cavablar əsasında müəyyən edilir. Lakin bununla yanaşı, konsulluq işçiləri viza üçün müraciət edəni müsahibəyə dəvət etmək hüququna da malikdirlər.

"Müsahibədən azad olunan" sırasına daxil olan müraciətçilərə bu vebsayt vasitəsilə viza görüşünün planlaşdırılması proseduru başa çatdıqdan sonra sənədlərini kuryerlə seçilmiş Konsulluq Şöbəsinə necə çatdırmaq barədə təlimat veriləcəkdir.

Xüsusi tələblər ölkəyə görə dəyişə bilər, lakin ümumiyyətlə, müsahibənin uzadılması üçün icazə almaq üçün namizədlər aşağıdakı tələblərin bəzilərinə və ya hamısına cavab verməlidirlər:

  1. Müraciət etdiyiniz ölkədə hələ də qüvvədə olan, ya da son 12-48 ay ərzində müddəti bitmiş vizanın yenilənməsi
  2. Müraciət edən ölkənin yerli vətəndaşı və ya daimi sakini olmaq və ölkədə fiziki olaraq olmaq
  3. Son vizanın verilməsi zamanı 10 barmaq izinin hamısının çıxarılması
  4. Əvvəlki viza itirilməyib, oğurlanmayıb və ya geri götürülməyib
  5. Ən son viza müraciəti rədd edilməyib
  6. İmkan dairəsində digər tələblərə cavab verilir

Vizanın uzadılması ilə bağlı müsahibədən azadolma prosesi haqqında ölkə ilə əlaqədar məlumat almaq üçün ABŞ səfirliyinin və ya konsulluğunun veb saytına daxil olun https://www.usembassy.gov/.


Yaşa görə müsahibədən azadolma

Bəzi konsulluq şöbələrində yaş meyarlarına əsasən müsahibələrdən azadolunma proseduru mövcuddur. Müraciətçinin müsahibədən azadolması görüşün planlaşdırma prosesində suallara verilən cavablar əsasında müəyyən edilir. Lakin bununla yanaşı, konsulluq işçiləri viza üçün müraciət edəni müsahibəyə dəvət etmək hüququna da malikdirlər.

"Müsahibədən azad olunan" sırasına daxil olan müraciətçilərə bu vebsayt vasitəsilə viza görüşünün planlaşdırılması proseduru başa çatdıqdan sonra sənədlərini kuryerlə seçilmiş Konsulluq Şöbəsinə necə çatdırmaq barədə təlimat veriləcəkdir.

Xüsusi tələblər ölkəyə görə dəyişə bilər, lakin ümumiyyətlə, aşağıdakı şəxslər yaşa görə müsahibədən azad olmaq üçün müraciət edə bilərlər:

  • 14 yaşdan kiçik və ya 79 yaşdan yuxarı müraciət edənlər (barmaq izləri tələb etmədikləri üçün).

    Qeyd: Meksikaya viza üçün müraciət edərkən müraciətçilər potensial olaraq müsahibədən azad olmaq üçün 7 yaşdan kiçik olmalıdırlar.

Müsahibədən azadolma prosesi haqqında ölkə ilə əlaqədar daha ətraflı məlumat almaq üçün ABŞ səfirliyinin və ya konsulluğunun veb saytına daxil olun https://www.usembassy.gov/.


Vizanızda səhvin aşkar edilməsi

Verilmiş ABŞ vizasında çap edilmiş məlumat ərizəçinin pasportunda olan məlumata uyğun gəlməlidir. ABŞ vizanızda səhv (orfoqrafik səhv, anadan olma tarixində səhv, başa çatma tarixində səhv və s.) aşkar etsəniz, ərizəçi və ya təyin edilmiş müvəkkil ABŞ vizanızda səhv (hərf səhvi, anadan olma tarixində səhv, qüvvədən düşmə tarixində səhv, və s.) aşkar etsəniz, ərizəçi, yaxud onun təyin edilmiş müvəkkili növbəti ünvana məktub göndərə bilər: ConsularBaku@state.gov


Viza rədd edildi

Ərizəçinin viza xahişi rədd edilmişdirsə, konsulluğun məsul işçisi ərizəçiyə viza xahişinin nə üçün rədd edildiyini izah edən məktub verəcək.

Rədd məktubu 214(b) ilə işarələnibsə, bu, adətən ərizəçinin verilən anda ABŞ immiqrasiya qanunlarına əsasən viza almaq hüququnun olmadığını göstərir. Ərizəçi yenidən ərizə vermək qərarına gələrsə, yeni ərizə təqdim etməli, yeni viza haqqı ödəməli və yeni müsahibə planlaşdırılaraq, ilk viza ərizəsindən sonra keçən müddətdə şəraitin necə dəyişdiyinə dair məlumat verməlidir.

Rədd məktubu 221(g) ilə işarələnirsə, bu, adətən, ərizəçinin viza ərizəsini davam etdirmək üçün görməli olduğu əlavə tədbirləri izah edir. Məktub həmçinin əlavə tələb olunan mərhələləri necə tamamlamağı izah edəcək. Ərizəçiyə viza ərizəsi haqqını yenə ödəmək lazım gəlməyəcək.

Bəzi hallarda ərizələr əlavə inzibati işlənməni tələb edir ki, bu da vizanın verilməsi prosesini gecikdirə bilər. İnzibati işlənmə tələb olunan hallarda da məktub 221(g) ilə işarələnəcək və əlavə göstərişlər verəcək.

Viza ərizəsinin rədd edilməsinə dair əlavə məlumat almaq üçün lütfən Dövlət Departamenti Konsulluq Şöbəsinin Ana səhifə saytına müraciət edin.