İmmiqrant vizaları

Bu internet saytı Azərbaycan-da İmmiqrant Vizası üçün ərizəyə baxılma prosesi ilə bağlı dəstək göstərmir.

İmmiqrant Vizasına dair məlumat

Daimi olaraq ABŞ-a köçmək istəyən xarici vətəndaşlar İmmiqrant Vizasına ərizə vermək üçün səciyyəvi prosedurlara əməl etməlidirlər.

ABŞ Konsulluq Şöbəsi tərəfindən verilən İmmiqrant vizası sizə Birləşmiş Ştatlara səyahət edərək Qanuni Daimi Sakin (QDS) kimi qəbul edilmək imkanı verir. Qəbul edildikdən sonra siz daimi olaraq Birləşmiş Ştatlarda yaşamaq və işləmək hüququ qazanırsınız. Əlavə məlumatı Birləşmiş Ştatların Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) səhifəsindən tapa bilərsiniz.

İmmiqrant Vizası prosesi

İmmiqrant Vizası prosesi ərizəni tamamlamaq üçün çoxsaylı mərhələləri tələb edir. Prosesin təfərrüatları travel.state.gov-da verilmişdir. Aşağıdakı mərhələlər sizin USCIS-a ərizəni artıq verdiyiniz ehtimalla başlayır.

İmtina: Bu internet saytı və əlaqədar telefon xidməti mərkəzləri USCIS, MVM, KCC və ya ABŞ Konsulluq Şöbəsində ərizələrin baxılması statusuna dair məlumat vermir.

Mərhələ 1 – Verilmiş ərizə (USCIS Təsdiqini gözləyir)

Verilmiş immiqrasiya ərizəsinin statusunu USCIS internet saytında yoxlayın.

Mərhələ 2 – Təsdiq edilmiş ərizə (MVM-də işlənir)

İmmiqrant viza ərizənizin USCIS tərəfindən təsdiq olunmasına və Milli Viza Mərkəzinə (MVM) və ya KCC-ə növbəti işlənmə üçün göndərilməsinə dair bildiriş almısınızsa, lütfən NVC saytına keçərək MVM-də baxılır səhifsindən növbəti mərhələləri öyrənin.

MVM, KCC və ya ABŞ Konsulluq Şöbəsi növbəti addımlara və müsahibə tarix(lər)inə dair bildiriş və göstəriş verəcək.

Mərhələ 3 – Müsahibəyə hazırlıq

Müasahibəyə hazırlıq barədə öyrənmək üçün, buraya basın.

Mərhələ 4 – Konsulluq Şöbəsinin görüşünə getmə

MVM, KCC və ya Konsulluq Şöbəsindən alınmış məktubda göstərilən görüşə gedin. Lütfən görüşə bütün lazım olan sənədləri gətirməyi unutmayın.

Mərhələ 5 Görüşdən sonra

ABŞ Konsulluq Şöbəsi görüşündə iştirak etdikdən sonra sizin viza ərizənizin statusunu https://ceac.state.gov/CEACsaytından ala bilərsiniz.