Yay Tətilində İş və Səyahət (SWT) Proqramı

Baxış

Yay tətilində İş və Səyahət (SWT) vizasına müraciət edən ərizəçilər ABŞ Səfirliyi tərəfindən təyin edilmiş kriteriyaya uyğun olan halda xüsusi qrup şəklində prosedurdan keçməyə uyğun ola bilərlər. SWT proqramında iştirak etmək və qrup şəklində viza görüşünü təyin etmək üçün uyğun olub olmadığınızı yoxlamaq üçün https://j1visa.state.gov/programs/summer-work-travel/ saytına daxil olmağınız xahiş olunur.

Yay tətilində İş və Səyahət tələblərinə uyğun olmadığınız halda və ya qrupunuz Amerika Birləşmiş Ştatlarına hər hansı bir başqa məqsəd ilə gedirsə, Siz adi qaydada qeyri-müxacir viza prosesinə uyğun hesab yarada bilərsiniz. Maksimum 10 ərizəçi birgə görüş təyin edə bilər. Ərizəçilərin sayı qrupda 10 nəfərdən çox olarsa, Siz eyni hesabdan istifadə edib 10 və ya daha az ərizəçidən ibarət bir neçə qrup yarada bilərsiniz. Görüş üçün yerlər olub olmadığından asılı olaraq, bir neçə qrup eyni günə və vaxta birgə görüş təyin edə biləcəyinə zəmanət verə bilmərik.

SWT qrup prosesinə uyğun olduğunuz halda qrupunuzun nümayəndəsi aşağıdakı addımları atmalıdır:

  1. Hesab yaradın
  2. Sağ tərəfdə yuxarıda "Tədbirlər" linkını basın
  3. "Hesabın parametrləri"-ni seçin və "Qrup prosessoru olmaq üçün ilkin icazəni istəmək"-ni basın
  4. Müraciət formasını doldurun və "göndər" basın
  5. Sizin müraciətinizə Konsulluq şöbəsi tərəfindən baxılacaq və Siz qərar haqqında elektron mesaj alacaqsınız.

“Qrup prosesi” giriş icasəsi aldığınız halda və vebsaytda texniki suallar, MRV rüsumunu ödəmək və ya login məlumatı (elekton poçt və parol) ilə bağlı köməklik lazım olarsa, Group_Processing_AZE@visaops.net elektron mesaj göndərə bilərsiniz.