Viza haqları

Haqq barədə ümumi məlumat

Viza üçün ərizə vermiş bütün şəxslər, o cümlədən uşaqlar geri ödənməyən və başqasına köçürülə bilməyən Qeyri-immiqrant vizası (MRV) haqqını ödəməlidir. Lütfən aşağıda göstərilmiş seçimləri və göstərişləri nəzərdən keçirin. Ərizənin ABŞ vizasının verilməsi ilə başa çatıb-çatmayacağından asılı olmayaraq, Viza üçün ərizə haqqının ödənməsi tələb olunur.


Viza üçün ərizə haqqının ödənmə üsulları

  • Kredit kartı ilə ödə
  • Nağd pulla ödə
    1. Bu internet saytında istifadəçi hesabı yarat.
    2. Qeydiyyatı başa vurmaq üçün ərizəçiyə dair məlumat əlavə et.
    3. Ödəniş səhifəsinə çatana qədər internet saytının axını ilə davam et.
    4. Nağd pull ödə variantını seç.
    5. Nağd pulla ödəniş göstərişləri vərəqini yüklə, çap et və əməl et.
    Nağd pulla ödənişə dair qeydlər:
    1. Nağd şəkildə ödəniş edərsinizsə, ödənişin sistemdə qeydiyyatdan keçməsi 2 iş günü çəkə bilər və bu zaman siz Konsulluq Bölməsində görüşü planlaşdıra bilərsiniz.
    2. Nağd ödəniş qəbzini yalnız bir əməliyyat üçün istifadə edə bilərsiniz.

Viza üçün ərizə haqqının şərt və müddəaları

U.S Viza üçün ərizə (MRV) haqları aşağıdakılardır:

  • Geri qaytarılmayan– ABŞ Dövlət departamenti Viza üçün ərizə haqqını geri ödəmir.
  • Köçürülə bilməyən–Viza üçün ərizə haqları başqa ərizəçiyə satıla və ya ötürülə bilməz.
  • Ancaq bir ərizəçi üçün yararlı– Viza üçün ərizə haqqı ancaq bir ərizəni doldurmaq üçün istifadə ediə bilər. Viza ərizəsi rədd edilmişdirsə, yenidən ərizə vermək üçün yeni viza ərizəsi tamamlanmalı və haqqı ödənməlidir.
  • 1 ildən sonra qüvvədən düşür– Viza ərizəsi üçün ödənmiş haqlar alındığı gündən 365 gün ərzində istifadə edilə bilər. Haqqın vaxtı başa çatacaq və siz Viza üçün ərizə haqqından istifadə etmək hüququndan məhrum olacaqsınız.
  • Müəyyən ölkədə ABŞ vizası almaq üçün ödənmiş haqq başqa ölkəyə keçirilə bilməz. Ödəniş bir ölkədə başa çatdırıldıqda siz həmin ödənişdən istifadə edərək başqa ölkədə görüş planlaşdıra bilməyəcəksiniz. Həmin ölkədə yeni görüş təyin etmək istəyirsinizsə, lütfən bu görüşü ləğv edin və ya bu internet saytına daxil olmaqla onun vaxtınə dəyişin. Siz bunu əlavə haqq ödəmədən yerinə yetirə bilərsiniz.

ABŞ-a Viza (MRV) Haqqının cədvəli

$160 ABŞ dolları

(B) Müsafir: Biznes, Turizm, Tibbi müalicə
(C) ABŞ-dan tranzitlə keçmə
(D) Heyət üzvü
(F) Elmi tələbə
(M) Peşə/qeyri elmi tələbə
(I) Mətbuat və ya jurnalist
(J) Mübadilə müsafiri
(TD/TN) NAFTA Peşəkarı
(T) İnsan alverinin qurbanı
(U) Cinayətkar fəaliyyətin qurbanı

$190 ABŞ dolları

(H) Müvəqqəti işçi/İşəgötürmə və ya praktikantlar
(O) Qeyri-adi istedada malik şəxslər
(P) İdmançılar, Artistlər və estrada artistləri
(Q) Beynəlxalq mədəni mübadilə müsafiri
(R) Dini xadim
(L) Şirkətdaxili köçürmələr

$205 ABŞ dolları

(E1) Beynəlxalq saziş üzrə ticarət edən
(E2) Beynəlxalq sazişlə bağlı sərmayəçi
(E3) Avstraliya peşəkar mütəxəssisi

$265 ABŞ dolları

(K) ABŞ vətəndaşının nişanlısı və ya həyat yoldaşı


Viza üçün ərizə verənlərin ödəyəcəyi əlavə haqlar

Qeyri-immiqrant vizası almaq üçün Viza Ərizəsi (MRV) haqqından əlavə haqq ödəmək tələb oluna bilər. Sizin viza ərizənizə tətbiq ediləcək əlavə haqların növləri aşağıdakılardır:

SEVIS haqqı

Tələbə (F, və ya M) və Mübadilə Müsafiri (J) vizasına ərizə verən şəxslərdən ayrıca SEVIS (Tələbə və Mübadilə müsafirinə dair məlumat sistemi) haqqını ödəmək tələb olunacaq. Tələbə və ya mübadilə müsafiri vizası verilməzdən əvvəl ödənişin sübut edilməsi tələb olunur. SEVIS haqqında hərtərəfli məlumat, o cümlədən haqqın ödənilməsinə dair göstərişlər http://www.ice.gov/sevis səhifəsindən tapıla bilər.

Viza rüsumu

Ərizəçinin vətəndaşı olduğu ölkədən və viza növündən asılı olaraq, ərizəçidən həmçinin viza rüsumu adlanan əlavə haqqı ödəmək tələb oluna bilər. Viza rüsumuna dair əlavə məlumat https://travel.state.gov/content/travel/en/us-visas/Visa-Reciprocity-and-Civil-Documents-by-Country.html səhifəsindən tapıla bilər.