Viza sənədinin kuryerlə göndərilməsi xidmətləri

İcmal

Kuryer xidmətləri viza üçün ərizə vermə prosesini dəstəkləyən xidmətlərə daxildir. Kuryer xidmətlərinə sənədləri ABŞ Konsulluq Şöbəsinə göndərmək və almaq daxil ola bilər.

Kuryer Viza ərizəsi ilə əlaqədar hər hansı yükə izləmə nömrəsi təyin edən kimi avtomatik yaradılan e-məktub göndərilir. Yükə izləmə nömrəsi təyin edilən kimi bu internet saytından, bizim interaktiv səsli (IVR) vasitədən və ya kuryerin internet saytından istifadə edərək sənədlərin statusunu izləmək olar.

Aşağıdakı məlumatı oxuduqdan sonra hələ də sənədlərinizin qaytarılması ilə bağlı narahatlıq və ya probleminiz varsa, lütfən, bu vebsaytın Bizimlə Əlaqə səhifəsində Sənəd Çatdırılma Məsələləri üçün olan təlimatlara əməl edin.


Kuryerlə qaytarma xidməti

Bütün müvafiq viza sənədləri seçilmiş xidmətdən istifadə etməklə qaytarılacaq (yəni xidmət məntəqəsindən götürmə və ya çatdırılma ünvanı).

Qeyd: ABŞ vizası üçün hər bir ərizə təkraredilməzdir. Bu xidmət ABŞ Konsulluq Şöbəsinin viza ilə bağlı qərarı nə vaxt verəcəyinə dair məlumat verə bilməz. ABŞ Konsulluq Şöbəsi viza sənədlərini kuryerə verəndən sonra sənədlər 3 iş gününə qədər müddət ərzində götürmək üçün hazır olur.

Götürmə məntəqəsindən istifadə etməklə sənədləri qaytarma xidməti

Ərizəçilər viza sənədlərinin kuryerin geri qaytarma ofisində hazır olduğuna dair e-məktubla bildiriş alırlar. Ərizəçilər aşağıdakı üsullardan birindən istifadə edərək öz şəxsiyyətini sübut etməlidirlər:

  1. Şəxsi sənədlərini çıxaran ərizəçilər öz şəxsiyyətlərini aşağıdakı sənədlərin hər hansı biri ilə sübut etməlidirlər:
    • Rəsmi və ya dövlət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi (şəkilli)
    • Rəsmi sürücü vəsiqəsi (şəkilli)
    • Doğum haqqında şəhadərnamə
  2. Öz uşaqlarının sənədlərini götürən valideynlər növbəti sənədləri təqdim etməklə uşaqla öz münasibətlərini sübut etməlidirlər:
    • Sənəddə valideynlərdən ən azı birinin tam hüquqi adı göstərilməklə uşağın doğum haqqında şəhadətnaməsinin və ya övladlığa götürmə sənədinin nüsxəsi.
    • Valideynlər #1 bəndində göstərilmiş və adı uşağın doğum haqqında şəhadətnaməsində və ya övladlığa götürmə qərarında göstərilən adla uyğun gələn sənədlərdən biri ilə öz şəxsiyyətlərini sübut etməlidir.
  3. Yaşlı ərizəçilər üçüncü tərəfə onların pasport sənədlərini almağa icazə verə bilərlir. Üçüncü tərəf aşağıdakı sənədləri təqdim etməlidir:
    • Ərizəçi üçüncü tərəfin tam hüquqi adını göstərən səlahiyyət məktubunu imzalamışdır.
    • Ərizəçinin #1 bəndində təsvir edilmiş şəxsiyyəti müəyyən edən sənədlərindən birinin nüsxəsi.
    • Üçüncü tərəf də özünü #1 bəndində verilmiş sənədlərdən biri ilə təqdim etməlidir. Şəxsiyyəti müəyyən edən sənəddəli ad səlahiyyət məktubunda (etibarnamədə) verilmiş ada uyğun olmalıdır.

Otuz gün ərzində götürülməmiş bütün pasportlar onlar vermiş Konsulluq Şöbəsinə qaytarılacaq.


Kuryerlə göndərmə xidməti

Vizaya ərizə vermə prosesində ərizəçiyə şəxsən Konsulluq Şöbəsinə gəlmədən vizasını dəstəkləyən sənədləri təqdim etməyə imkan verən bir necə ssenari mövcuddur. Bu internet saytı vasitəsilə görüşün planlaşdırılması zamanı bu ssenarilərdən biri baş verdikdə Kuryerlə çatdırılmaya səlahiyyət sertifikatını çap etmə göstərişləri veriləcək. Kuryerlə çatdırılmaya səlahiyyət sertifikatı ərizəçiyə pulsuz olaraq sənədlərini kuryerlə ABŞ Konsulluq Şöbəsinə göndərməyə imkan verir.

Kuryer ofislərinin yerləri