İmmiqrant vizasının icmalı

Daimi olaraq ABŞ-a köçmək istəyən xarici vətəndaşlar İmmiqrant Vizasına ərizə vermək üçün səciyyəvi prosedurlara əməl etməlidirlər.

ABŞ Konsulluq Şöbəsi tərəfindən verilən İmmiqrant vizası sizə Birləşmiş Ştatlara səyahət edərək Qanuni Daimi Sakin (QDS) kimi qəbul edilmək imkanı verir. Qəbul edildikdən sonra siz daimi olaraq Birləşmiş Ştatlarda yaşamaq və işləmək hüququ qazanırsınız. Əlavə məlumatı Birləşmiş Ştatların Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) səhifəsindən tapa bilərsiniz.

Siz özbaşına bu prosesə başlaya bilməzsiniz və təsdiq edilmiş ərizəniz olmalıdır. Ərizə təqdim edilməsi ilə bağlı əlavə məlumat üçün lütfən USCIS saytına baxın.

İmmiqrant Vizası Prosesi

İmmiqrant Vizasə prosesi ərizəni doldurmaq üçün çoxsaylı mərhələlər tələb edir. Prosesin təfərrüatları https://travel.state.gov-da verilmişdir. Aşağıdakı mərhələlər sizin USCIS-a ərizəni artıq verdiyiniz ehtimalla başlayır.

İmtina: Bu internet saytı və əlaqədar telefon xidməti mərkəzləri USCIS, MVM, KCC və ya ABŞ Konsulluq Bölməsində vizanın işlənmə statusuna dair məlumat verə bilməz.

Mərhələ 1 – Ərizə verilmişdir (USCIS təsdiqini gözləyir)

Təqdim edilmiş immiqrant ərizəsi statusunu USCIS saytında yoxlayın.


Mərhələ 2 – Təsdiq edilmiş ərizə

Əgər USCIS tərəfindən immiqrasiya müraciətinizin təsdiq edildiyinə və əlavə icraat üçün Milli Viza Mərkəzinə (NVC) göndərildiyinə dair bildiriş almışsınızsa, https://travel.state.gov/content/visas/en/immigrate/immigrant-process/approved.html ünvanına baş çəkin və NVC-də (https://travel.state.gov/content/visas/en/immigrate/immigrant-process/approved/contact.html) növbəti addımlar barədə məlumat əldə edin.

Diversifikasiyalı Viza Lotereyası (DV) proqramı ABŞ Dövlət Departamentinin Kentukki Konsulluq Mərkəzi (KCC) tərəfindən idarə edilir. Məlumat üçün https://travel.state.gov/content/travel/en/us-visas/immigrate/diversity-visa-program-entry/diversity-visa-instructions.html ünvanına baş çəkin.

MVM, KCC və ya ABŞ Konsulluq Şöbəsi növbəti addımlara və müsahibə tarix(lər)inə dair bildiriş və göstəriş verəcək.


Mərhələ 3 – Müsahibəyə hazırlıq

XƏBƏRDARLIQ: Əgər immiqrant vizanızla bağlı verdiyiniz ərizədən sonra görüş üçün məktub/elektron məktub almamısınızsa internet səhifəsində prosesi tamamlamağa hazır deyilsiniz. (Lütfən yuxarıdakı 1 və 2 mərhələlərinə geri qayıdın.)

Müasahibəyə hazırlıq barədə öyrənmək üçün click here.

Əgər NVC (Dövlət Viza Mərkəzi), KCC (Kentuki Viza Mərkəzi) və ya ABŞ Konsulluq Şöbəsindən görüş üçün məktub/elektron məktub almamısınızsa görüşə hazırlığın bir hissəsi olaraq internet səhifəsində fəaliyyəti tamamlamalı olacaqsınız. Aşağı bax:

Görüş üçün məktub/elektron məktub almış immiqrant vizasını istəyən bütün şəxslər yeni hesab yaratmalıdırlar. Əgər hesab yaratmışsınızsa, davam etmək üçün (/az-az/iv/users/sign_in.iv) ünvanında sistemə daxil olun.


Mərhələ 4 – Konsulluq Şöbəsinin görüşünə getmə

NVC, KCC və ya Konsulluq Şöbəsinin görüş üçün göndərdiyi məktub/elektron məktubda qeyd edilmiş tarixdə görüşə gedilməlidir. Lütfən bütün tələb olunan sənədləri görüşə gətirməyi unutmayınt.


Mərhələ 5 – Görüşdən sonra

ABŞ Konsulluq Şöbəsi görüşündə iştirak etdikdən sonra sizin viza ərizənizin statusunu https://ceac.state.gov/CEAC saytından ala bilərsiniz.

Viza ərizəsi təsdiq edilərsə (bax https://ceac.state.gov/CEAC), sənədlərin kuryerlə qaytarılması bu internet saytından izlənə bilər. Lütfən sistemə daxil olun.